Modern.az

Türkiyədə Ərdoğanla Putinin görüşünə hazırlıq gedir - RƏSMİ

Türkiyədə Ərdoğanla Putinin görüşünə hazırlıq gedir - RƏSMİ

Dünya

9 Yanvar 2024, 09:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüşə hazırlıq gedir.

 

Modern.az xəbər verir ki, bu barədə RİA agentliyinə Türkiyə Prezidenti Administrasiyasından məlumat verilib.

 

Qeyd olunub ki, iki ölkə liderinin görüş detalları diplomatik kanallar vasitəsilə razılaşdırılır: "Görüş gündəmdədir, diplomatik kanallarla müvafiq işlər aparılır. Hələlik konkret bir razılıq yoxdur".

 

Qeyd edək ki, V.Putin 2024-cü ilin əvvəlində Ərdoğanla görüş təyin olunduğunu bildirmişdi.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi