Modern.az

Kiyevə hücumda ölənlərin sayı 33-ə çatdı

Kiyevə hücumda ölənlərin sayı 33-ə çatdı

Dünya

9 Yanvar 2024, 18:00

Dekabrın 29-da Kiyevə edilən kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 33 nəfərə yüksəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası “Telegram” kanalında məlumat yayıb. “Şevçenko rayonundakı anbarda dağıdılmış tikinti konstruksiyalarının sökülməsi zamanı daha bir nəfərin cəsədi aşkarlanıb”, - məlumatda belə deyilir.

 

Bununla da Kiyevə raket hücumu nəticəsində həlak olanların sayı 33 nəfərə çatıb.

 

Xatırladaq ki, Rusiya ordusu dekabrın 29-da Ukrayna ərazisinə kamikadze dronları və müxtəlif tipli raketlərlə hücum etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi