Modern.az

Ermənistan ordusunda özbaşınalıq: 1 gündə 2 hərbçi öldü

Ermənistan ordusunda özbaşınalıq: 1 gündə 2 hərbçi öldü

Dünya

9 Yanvar 2024, 21:31

Ermənistan ordusunun daha bir hərbçisi ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilir ki, yanvarın 9-da saat 11:30 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş leytenant Mikael Danielyanın meyiti tapılıb.

 

Hadisənin baş vermə şəraitinin tam müəyyən edilməsi üçün araşdırma aparılır.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan ordusunun daha bir hərbçisinin cəsədi tapılıb.

 

Erməni mətbuatında bir gündə iki hərbçinin ölməsi xəbəri sensasiya doğurub. Jurnalist və ekspertlər Azərbaycanla müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan ordusunds özbaşınalıqların artığını bildirir. Müharibədən sonra Ermənistanda qeyri-döyüş şəraitində ölən hərbçilərin sayında artım müşahidə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi