İsrailin müdafiə naziri Yoav Qalant ABŞ dövlət katibi Antoni Blinkenlə danışıqlar aparıb.
Modern.az xəbər verir ki, bu barədə "Times of Israel" nəşri yazıb.
Nazir Blinkenə İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsində əməliyyatların intensivliyini artırmaq planları barədə məlumat verib.
Qallant vurğulayıb ki, HƏMAS hərəkatının bütün rəhbərliyi tapılana və israilli girovlar evlərinə qayıdana qədər döyüşlər davam edəcək.
İsrailin müdafiə naziri Blinkenlə görüşdə “İranın dəstəklədiyi qüvvələr vasitəsilə həyata keçirdiyi hücumlar” səbəbindən Yaxın Şərq regionunda yaranan gərginliyə də diqqət çəkib. “İrana təzyiqi artırmaq lazımdır, bu, regionda eskalasiyanın qarşısını ala bilər”, - Yoav Gallant vurğulayıb.