"Türkiyə və BMT ərzaq ehtiyacı olan ölkələrə çatdırılma üçün təkliflər hazırlayır".
Modern.az xəbər verir ki, RİA bu barədə danışıqlarda iştirak edən Ankaradakı mənbəyə istinadən yazıb.
Mənbənin sözlərinə görə, Ankara bu mövzuda Moskva ilə əlaqə saxlayır.
“BMT bizimlə koordinasiyada ehtiyacı olan ölkələrdə ərzaq probleminin həlli üçün bir sıra təkliflər hazırlayır. Zaman-zaman texniki müstəvidə danışıqlar və razılaşmalar aparılır”, - agentliyin adını açıqlamayan həmsöhbəti bildirib.
Taxıl müqaviləsini ilkin formada bərpa etməyin mümkün olub-olmaması ilə bağlı suala agentliyin mənbəsi bunun“çox çətin olduğunu söyləyib: “İndiki şəraitdə, döyüşlərin davam etdiyi bir vaxtda bu, çox çətindir. Amma Ankaranın səyləri davam edir”.
Rusiya 2023-cü il iyulun 18-də şərtləri yerinə yetirilmədiyini bəyan edərək, taxıl sazişindən çıxıb. Sentyabrda BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrova müqavilənin bərpası təklifləri ilə məktub göndərib. Lavrov deyib ki, BMT-nin sazişi canlandırmaq səyləri heç bir nəticə verməyib.