Modern.az

Xandanyandan sülh müqaviləsi açıqlaması

Xandanyandan sülh müqaviləsi açıqlaması

Dünya

10 Yanvar 2024, 11:35

"İrəvan Bakıdan ikitərəfli danışıqlara başlamaq üçün təklif almayıb, dəqiq tarix yoxdur".

 

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu, Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Sarqis Xandanyanın jurnalistlərə açıqlamasında deyilir.

 

 

"Ermənistan əvvəllər razılaşdırılmış prinsiplərin gələcək sülh müqaviləsində möhkəmləndirilməsinə əhəmiyyət verir. İrəvan keçməli olduqları ölkələrin suverenliyi və yurisdiksiyaları çərçivəsində regional kommunikasiyaların açılmasında israrlıdır, lakin malların, nəqliyyat vasitələrinin və insanların hərəkəti ilə bağlı müəyyən imtiyazların verilməsini nəzərdən keçirmək olar", - o bildirib.

 

 

"Qərb platformaları üzrə danışıqlar davam etdirilməlidir. Vaşinqtonda xarici işlər nazirlərinin görüşləri formatı, eləcə də Avropa İttifaqının vasitəçiliyi ilə ölkə liderləri arasında danışıqlar formatı formalaşdırılıb. Bu, danışıqlara legitimlik əlavə edir" - deyə Xandanyan əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi