Modern.az

3 ölkə Qara dənizi minadan təmizləyəcək - YENİLƏNİB

3 ölkə Qara dənizi minadan təmizləyəcək - YENİLƏNİB

11 Yanvar 2024, 12:50

Türkiyə, Rumıniya və Bolqarıstanın arasında Qara dənizdə minatəmizləmə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandum imzalanıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənəd 3 ölkənin Müdafiə Nazirlikləri arasında imzalanıb.

 

***

10.01.2024

 

Bolqarıstan, Rumıniya və Türkiyə İstanbulda Qara dənizdə minaların təmizlənməsi ilə bağlı saziş imzalayacaq.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Bolqarıstanın müdafiə naziri Todor Taqarev açıqlayıb.

 

Bunun mətni və konsepsiyası ilə bağlı razılığa gəldiklərini qeyd edən Taqarev deyib ki, müavini imzalama üçün İstanbulda olacaq.

 

"Rusiyanın Ukraynada başlatdığı müharibə ərazimiz və naviqasiya təhlükəsizliyimiz üçün risklər yaradır və bu riskləri minimuma endirmək üçün üç ölkənin donanması minaları təmizləyəcək", - deyə nazir vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi