Modern.az

Zelenskinin Baltikyanı ölkələrə səfəri başlayıb

Zelenskinin Baltikyanı ölkələrə səfəri başlayıb

Dünya

10 Yanvar 2024, 12:50

Ukrayna Prezidenti Vladimir Zelenski Baltikyanı ölkələrə ( Estoniya, Latviya, Litva - red.) səfərə gedib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı "X" hesabında paylaşım edib.

 

Estoniya, Latviya və Litvanı Ukraynanın etibarlı dostu və prinsipial tərəfdaşı adlandıran Prezident Zelenski Vilnüsə getdiyini və bunun ardınca Tallin və Riqaya da səfərlər edəcəyini deyib.



Zelenski Litva Prezident, Baş naziri, Seymin sədri ilə danışıqlar aparacağını həmçinin litvalı siyasətçilər, media və Ukrayna ictimaiyyəti ilə görüşəcəyini əlavə edib.



"Təhlükəsizlik, Aİ və NATO-ya inteqrasiya, elektron müharibə və PUA-larla bağlı əməkdaşlıq və Avropa dəstəyinin gələcək koordinasiyası gündəmdə olan mövzulardır. Amma hər şeydən 2014-cü ildən bəri və xüsusən indi, Rusiyanın genişmiqyaslı təcavüzü zamanı Ukraynaya güzəştsiz dəstəyinə görə onlara təşəkkür edirik", Zelenski paylaşımında qeyd edib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi