Rusiya Federasiyasının Antalyadakı Baş Konsulluğu Antalyada itkin düşən rusiyalı turistlə bağlı Türkiyə hüquq-mühafizə orqanlarına sorğu göndərib.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Belə ki, mövcud məlumata görə, rusiyalı qadın 2023-cü il dekabrın 30-da Türkiyəyə gəlib və yanvarın 8-də turist səfərinin sonunda Moskvaya uçuşa gəlməyib.
Müəyyən edilib ki, o, yanvarın 4-də gəzintiyə çıxıb və otelə qayıtmayıb. Həmin vaxtdan o, qohumları ilə əlaqə saxlamayıb, hazırda telefonu söndürülüb.