Modern.az

Moldovanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı

Moldovanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı

11 Yanvar 2024, 07:54

Moldovanın Rusiyadakı səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı kəskin etiraz edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

“Yanvarın 10-da Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri L.Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rəsmi Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı səfirə kəskin etiraz edilib. Qeyd olunub ki, Moldovanın analoji addımları davam edərsə, Rusiya tərəfi əlavə cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, - məlumatda vurğulanıb.

 

Qeyd olunub ki, rəsmi Moskva Moldova rəhbərliyinin hərəkətlərinə cavab olaraq bu ölkənin bəzi rəsmilərinin Rusiya ərazisinə girişini qadağan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi