Modern.az

Qurultay çağıran erməni bloger partiyadan qovuldu - Rusiya vətəndaşı imiş

Qurultay çağıran erməni bloger partiyadan qovuldu - Rusiya vətəndaşı imiş

Dünya

11 Yanvar 2024, 10:14

Ermənistanda “İctimai səs” partiyasının idarə heyəti bloger Vardan Qukasyanın üzvlüyünə xitam verib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, birtərəfli qaydada qurultay çağırıb.

 

Məlum olub ki, bloger Rusiya vətəndaşlığına malikdir və Kalininqrad şəhərində qeydiyyatdadır.

 

İdarə Heyəti yanvarın 19-a “Vardan Qukasyan adlı şəxsin elan etdiyi partiya qurultayının” təşkilata heç bir aidiyyəti olmadığını vurğulayıb. 

 

Partiya qanunsuz tədbirin keçirilməsinin qarşısının alınması xahişi ilə Ermənistan hüquq-mühafizə orqanlarına müraciət edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi