Modern.az

Zelenski Estoniyada səfərdədir

Zelenski Estoniyada səfərdədir

11 Yanvar 2024, 10:42

Ukrayna Prezidenti Vladimir Zelenski Estoniyaya gedib.

 

Modern.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsakhna "X" hesabında bildirib.

 

"Biz Ukraynaya güclü mesaj verir və təsdiqləyirik ki, Estoniya qətiyyətlə onların yanında dayanır və biz birlikdə bu müharibədə qalib gələcəyik!" - Estoniya XİN rəhbəri paylaşımında qeyd edib.

 

Xatırladaq ki, yanvarın 10-dan Ukrayna Prezidentinin Baltikyanı ölkələrə səfəri başlayıb, dünən o, Vilnüsdə olub. Bu gün isə Tallində bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi