Rusiyada "Sol Cəbhə"nin lideri Sergey Udaltsov dindirilmək üçün İstintaq Komitəsinə aparılıb.
Modern.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
KİV-in məlumatına əsasən, Udaltsova qarşı teleqram kanalındakı yazısına görə terrorçuluğa bəraət qazandırmaq (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsi) maddəsi ilə cinayət işi açılıb.
Söhbətin hansı yazıdan getdiyi açıqlanmır.
Udaltsov bir müddət əvvəl polisin onun mənzilində axtarış apardığını bildirmişdi.