2023-cü ildə Belarusa qayıtdıqdan sonra ən azı 207 nəfər saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə "Viasna" hüquq-müdafiə mərkəzi məlumat yayıb.
Çox vaxt insanlar Litva ilə sərhədi keçərkən saxlanılıb, lakin bütün sərhədlərdə, hətta Rusiya Federasiyası ilə sərhəddə də nümunələr var.
Saxlanılanlar arasında Ukrayna, Litva və Rusiya vətəndaşları da olub. Onların demək olar ki, hamısı müstəqil KİV-dən xəbərləri yenidən yayımladıqları üçün “xırda xuliqanlıq” və ya milli rəmzlərlə “piket” etmək ittihamı ilə sutkalıq həbs və cərimə olunublar. Həmçinin ianələr və etiraz aksiyalarında iştirak da diqqət mərkəzindədir.
Həmçinin, "Viasna"nın məlumatına görə, ən azı 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib, o cümlədən 12 nəfər həbs, bəziləri 10 ilədək həbs cəzası alıb.