Rusiya Ali Məhkəməsi həbsdə olan müxalif siyasətçi Aleksey Navalnının Ədliyyə Nazirliyinə qarşı iki iddiasını rədd edib.
Modern.az xəbər verir ki, Mediazona hakim Oleq Nefedovun qərarını dərc edib.
İddianın bir hissəsi olaraq, Navalnı cəza kameralarında məhbusların birdən çox nüsxə dini ədəbiyyatın olması qadağanına etiraz etməyə, habelə məhbuslara yemək üçün cəmi 15 dəqiqə vaxt verilməsi qaydalarına etiraz etməyə çalışıb.
Qeyd olunub ki, buna görə də isti yeməkdən yayınmalı olurlar.
Hakim qərar qəbul etmək üçün fasiləyə gedəndə Navalnıya anası Lyudmila İvanovna ilə qısaca danışmağa icazə verilib.