Modern.az

Riqa "Moskva Evi" dövlət mülkiyyətinə keçdi - Rusiyadan alındı

Riqa

Dünya

11 Yanvar 2024, 15:16

Latviya Seymi Riqadakı “Moskva Evi”nin dövlət mülkiyyətinə keçməsini təsdiqləyib.

 

Modern.az "Delfi"yə istinadən xəbər verir ki, layihəni 70 deputat dəstəkləyib.

 

9 deputat bitərəf qalıb, 11 parlamentari isə əleyhinə səs verib. Parlamentin mətbuat xidməti vurğulayıb ki, qəbul edilən qanun Latviyanın təhlükəsizliyinə təhdidlərin vaxtında qarşısının alınmasına yönəlib.

 

Milli təhlükəsizlik məsələləri üzrə komissiyanın hazırladığı sənədin özündə “Moskva evi”nin mədəni-maarif tədbirləri adı altında Latviyanın təhlükəsizliyini təhdid edən siyasi fəaliyyətlə məşğul olduğu bildirilib.

 

Parlamentin mətbuat xidmətindən bildirilib ki, martın sonuna kimi hökumət binanın sonrakı istifadəsi ilə bağlı təkliflər hazırlamalıdır. LETA nəşri yazır ki, “Moskva evi” hərracda satıla bilər. Əldə olunan gəlir Ukraynaya köçürüləcək.

 

Rusiya hakimiyyəti hələ ki, vəziyyətlə bağlı şərh verməyib.

 

"Moskva Evi" mədəniyyət və biznes mərkəzi Riqanın mərkəzində yerləşir. Binanın sahibi Moskva hökumətidir. 2023-cü ilin dekabrında Latviyanın Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Aİ sanksiyalarının mümkün pozulması ilə əlaqədar mərkəzdə cinayət-prosessual hərəkətlər həyata keçiriblər. Rusiya Xarici İşlər Nazirliyi insidenti “basqın hücumu” və “dövlət quldurluğu aktı” adlandıraraq, cavab tədbirləri görəcəyini bəyan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi