ABŞ-ın Ukraynaya yardımı müvəqqəti olaraq dayandırılıb.
Modern.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O qeyd edib ki, Ukraynaya yardımın maliyyələşməsinin Konqres tərəfindən təsdiqlənməsi ilə bağlı danışıqlar davam edir.
Kirbi xatırladıb ki, son yardım paketi ötən il dekabrın sonunda Ukraynaya göndərilib: “Konqresin bu milli təhlükəsizlik tələbi ilə bağlı hərəkətə keçməsi vacibdir”.