Modern.az

Rusiya BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb etdi

Rusiya BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb etdi

Dünya

12 Yanvar 2024, 08:12

ABŞ və Böyük Britaniyanın Yəmənə hücumu ilə əlaqədar Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

 

“Rusiya Birləşmiş Ştatların və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələrlə əlaqədar yanvarın 12-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib”, - məlumatda bildirilir.

 

Xatırladaq ki, yanvarın 11-də BMT Təhlükəsizlik Şurası Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı ABŞ-ın təklif etdiyi qətnaməni qəbul edib. Sənəddə ərazidə gəmilərə hücumların dərhal dayandırılması tələbi yer alır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi