Yaponiya Şimali Koreyanı izləmək üçün "Optical 8" adlı yeni kəşfiyyat peykini orbitə buraxıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, cihaz 2018-ci ildə buraxılmış analoji "Optical 6" peykini əvəz etməlidir.
Çünki onun istismar müddəti tezliklə başa çatacaq.
Ötən yanvar ayında "Mitsubishi Heavy Industries" eyni seriyadan olan "Radar 7" peykini orbitə çıxarmışdı.