Modern.az

Qazaxıstan Ermənistanla aviasiya əməkdaşlığını gücləndirəcək

Qazaxıstan Ermənistanla aviasiya əməkdaşlığını gücləndirəcək

Dünya

12 Yanvar 2024, 11:02

Ermənistan və Qazaxıstan aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, əməkdaşlığın gələcək inkişafı çərçivəsində İrəvanda Qazaxıstanın Aviasiya Administrasiyası ilə Ermənistan Mülki Aviasiya Komitəsi arasında danışıqlar aparılıb.
 

“Söhbət zamanı tərəflər təcrübə mübadiləsi, beynəlxalq təşkilatlar və assosiasiyalar çərçivəsində qarşılıqlı dəstək və s. baxımından birbaşa əlaqələrin qurulması yolu ilə aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər”, - məlumatda deyilir.
 

İki ölkənin paytaxtları arasında birbaşa hava əlaqəsinin yaradılmasında qarşılıqlı maraq ifadə olunub.

Səfirlik bildirib ki, 2023-cü ildə Ermənistan hakimiyyəti Qazaxıstanın “Avro-Asiya Mülki Aviasiya Konfransı” yaratmaq təşəbbüsünü dəstəkləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi