Modern.az

Tbilisidən bir sıra şəhərlərə uçuşlar təxirə salındı

Tbilisidən bir sıra şəhərlərə uçuşlar təxirə salındı

Dünya

12 Yanvar 2024, 11:06

Tbilisi Beynəlxalq Hava Limanından İstanbul, Münhen, Riqa və Dubaya reyslər pis hava şəraitinə görə təxirə salınıb.

 

Modern.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, reysləri “Pegasus” və “Türk Hava Yolları” həyata keçirməli idi.

 

Pis hava şəraiti ötən gün bu hava limanının fəaliyyətində problemlər yaradıb. “Georgian Airways” şirkətinə məxsus Moskva-Tbilisi reysini yerinə yetirən təyyarə duman səbəbindən Tbilisiyə təxminən 4 saat gec enib.

 

Bundan başqa, İrəvan-Tbilisi reysini həyata keçirən “Air Dilians” şirkətinə məxsus təyyarə İrəvana qayıdıb.

 

Tehrandan Gürcüstanın paytaxtına uçan “Qeshm Air” şirkətinin təyyarəsi də geri dönməli olub.

 

Sinoptiklər Gürcüstanda yanvarın 16-dan hava şəraitinin yaxşılaşacağını proqnozlaşdırırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi