Modern.az

Britaniyanın Baş naziri Ukraynaya gedir

Britaniyanın Baş naziri Ukraynaya gedir

Dünya

12 Yanvar 2024, 11:32

Böyük Britaniya baş naziri Rişi Sunak yeni yardım paketini elan etmək üçün Ukrayna paytaxtı Kiyevə gələcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

 

Telekanalın məlumatına görə, Böyük Britaniyanın baş naziri bu gün Ukraynanın paytaxtına səfər etmək niyyətindədir.

 

Onun 2024-2025-ci illərdə 2,5 milyard funt-sterlinq dəyərində hərbi yardım paketini açıqlayacağı gözlənilir.

 

Bundan əlavə, Sunak və prezident Volodimir Zelenski təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi