Modern.az

Avrokomissiya Orbana güzəşt edə bilər - Kiyevə yardıma veto qoymaması üçün...

Avrokomissiya Orbana güzəşt edə bilər - Kiyevə yardıma veto qoymaması üçün...

Dünya

12 Yanvar 2024, 13:44

Avropa Komissiyası Ukraynaya 50 milyard avroluq dəstək paketinə veto qoymasını aradan qaldırmaq üçün bəzi məsələlərdə Macarıstana güzəştə getməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

 

FT mənbələrinə görə, Budapeştə 2025-ci ildə Ukraynanın maliyyəyə ehtiyacı olub-olmadığını və Aİ yardımı almaq üçün tələblərə cavab verib-vermədiyini qiymətləndirmək hüququ verilə bilər.

 

Xatırladaq ki, Budapeşt Kiyevə maliyyə yardımı qərarlarına veto qoyur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi