Modern.az

Rusiyadan İrəvandakı “faşist yürüşü”nə reaksiya: “Çox narahat olduq”

Rusiyadan İrəvandakı “faşist yürüşü”nə reaksiya: “Çox narahat olduq”

Dünya

12 Yanvar 2024, 14:38

Yanvarın 1-də Ermənistanın paytaxtında baş verən “faşist yürüşü” Rusiyanı dərindən narahat edir.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Bəli, biz bu kadrları gördük və yanvarın 1-də İrəvanın mərkəzində baş verən faşist gənclərin yürüşündən çox narahat olduq. Təbii ki, Ermənistanın hüquq-mühafizə orqanlarının media kameralarından “nasist salamı” göstərən toplantı iştirakçılarına heç bir maneə törətməməsi bizi təəccübləndirdi. Ermənistan hakimiyyətinin buna cavab verməməsi də təəccüb doğurur.

Biz əminik ki, nasizmin bütün təzahürlərinin kökünü kəsmək lazımdır”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Zaxarova onu da xatırladıb ki, 80 il əvvəl ermənilər ruslar və digər xalqların nümayəndələri ilə birlikdə faşizm üzərində qələbə qazanıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi