Rusiyada keçmiş "Vaqner"çi içki yoldaşını müharibəni tənqid etdiyi üçün öldürüb.
Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.
O, mərhumu tabure ilə döyüb. Tabureni sındırıb, sonra ikinci tabure ilə yenə döyüb. Sonda bıçaqla onu qətlə yetirib.
Məhkəmə prosesində isə deyib ki, ayıq vəziyyətdə də eyni şeyi edərdi, çünki içki yoldaşı müharibə haqqında xoşagəlməz danışıb.
Məhkəmə bunu yüngülləşdirici hal hesab edib. "Vaqner"çi 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd olunub ki, 2022-ci ildə o, Primoryedə daha bir qətldə təqsirli bilinsə də, müharibədə iştirakına görə əfv olunub.