Modern.az

Paşinyan prezidentin işdən çıxardığı generalı geri QAYTARDI

Paşinyan prezidentin işdən çıxardığı generalı geri QAYTARDI

Dünya

12 Yanvar 2024, 14:50

Baş nazir Nikol Paşinyanın qərarı ilə Armen Abazyan yenidən Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib.


Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.


General-mayor Armen Abazyan bu gün prezident Vaaqn Xaçaturyanın sərəncamı ilə Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilmişdi.

Xatırladaq ki, hökumətin noyabrın 30-da keçirilən iclasında qəbul edilən qərara görə, Milli Təhlükəsizlik Xidmətinin direktoru və müavinlərini prezident deyil, baş nazir vəzifəyə təyin və vəzifədən azad edə bilər.


General A.Abazyan 2020-ci ilin noyabrından Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyir.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır