"Böyük Britaniya və Ukrayna arasında təhlükəsizlik zəmanətləri ilə bağlı həqiqətən tarixi razılaşmadan söhbət gedir".
Modern.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili X-də yazıb.
"Rişi Sunak və David Kameronun bu təşəbbüsü təhlükəsizlik arxitekturasını qərb sivilizasiyasının xeyrinə yenidən formalaşdıracaq.
Bütün bunlar husi terrorçularına zərbələrin endirildiyi çox güclü mesaj fonunda baş verir. Böyük Britaniya cəsarətli liderlik nümayiş etdirir", - o qeyd edib.