Modern.az

Türkiyə ordusu 9 şəhid verib - YENİLƏNİB

Türkiyə ordusu 9 şəhid verib - YENİLƏNİB

Dünya

13 Yanvar 2024, 07:30

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

 

Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha 1 yaralı hərbçi dünyasını dəyişib.

 

Bundan əvvəl 8 əsgərin şəhid olduğu bildirilmişdi.

 

***

Türkiyə ordusunun beş əsgəri şəhid olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, terrorçuların hücumu nəticəsində İraqda Türkiyə ordusunun 3-ü ağır olmaqla 8 əsgəri yaralanıb.

 

İlkin məlumata görə, toqquşma zamanı 12 terrorçu zərərsizləşdirilib.

 

Bölgədə əməliyyat davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi