İrəvanda öz peşə borcunu yerinə yetirən təcili yardım həkiminə qarşı daha bir zorakılıq hadisəsi baş verib.
Modern.az xəbər verir ki, bu barədə səhiyyə naziri Anahit Avanesyan “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, hazırda həkimə tibbi yardım göstərilir.
“Baş verənləri qətiyyətlə pisləyirəm və ədalətli qiymət gözləyirəm.
Səhiyyə müəssisələrində tibb işçilərinə, eləcə də pasiyentlərimizin təhlükəsizliyini təmin edənlərə qarşı zorakılıq nümayişi asayişin kobud şəkildə pozulmasıdır.
Bu problemlərə yanaşmamız dözümsüz və ardıcıl olacaq”, - Avanesyan yazıb.