Modern.az

Vacib toplantı: Ərdoğan komandasına tapşırıqlar verdi

Vacib toplantı: Ərdoğan komandasına tapşırıqlar verdi

Dünya

13 Yanvar 2024, 18:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İstanbulda təhlükəsizlik toplantısı keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

İclasda xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya direktoru Fahrettin Altun, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç iştirak edib.

 

Mətbuata qapalı keçirilən görüş təxminən 1 saat davam edib.

 

Ərdoğan görüşdən əvvəl Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı və İYİ Partiyasının sədri Meral Akşenerlə terrorla mübarizə barədə müzakirələr aparıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi