Britaniya kralı III Çarlz gələn həftə xəstəxanaya yerləşdiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Bukinqem sarayı məlumat yayıb.
O, tibbi prosedurdan keçəcək və buna gorə də müvəqqəti olaraq vəzifələrinin icrasını dayandıracaq.
Onun prostatdan müalicə aldığı bildirilir.
Qeyd edək ki, III Çarlz 75 yaşındadır.