Modern.az

Umerov Fransaya səfərini ləğv edib - SƏBƏB

Umerov Fransaya səfərini ləğv edib - SƏBƏB

Dünya

18 Yanvar 2024, 09:52

Ukraynanın müdafiə naziri Rustem Umerov yanvarın 18-də Fransaya planlaşdırılan səfərinin “təhlükəsizlik səbəbindən” ləğv edildiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, Fransa Müdafiə Nazirliyinin "Frans Press" agentliyinə verdiyi məlumata görə, Umerov səfərdən bir müddət əvvəl ölkə hakimiyyətinə səfərin ləğvi barədə məlumat verib.

 

Rustem Umerovun fransız həmkarı Sebastyan Lekornu ilə görüşü, o cümlədən Artilleriya Koalisiyasının işə salınması ilə bağlı konfransa başlaması planlaşdırılırdı. Onun videobağlantı vasitəsilə qoşulması gözlənilir.

 

Ukrayna Müdafiə Nazirliyi Umerovun Fransaya səfərinin gözlənilmədən ləğv edilməsini şərh etməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə