Modern.az

Pakistan İranın hava məkanına daxil olub - İslamabaddan Tehrana CAVAB

Pakistan İranın hava məkanına daxil olub - İslamabaddan Tehrana CAVAB

Dünya

18 Yanvar 2024, 10:12

Pakistan Hərbi Hava Qüvvələri İrana cavab olaraq raket zərbələri endirərkən bu ölkənin hava məkanına daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” Pakistan kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb.

 

Agentliyin həmsöhbətinin sözlərinə görə, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İranın hava məkanına daxil olub və zərbələr endirdikdən sonra geri qayıdıb.

 

Bu gün səhər saatlarında Pakistan Xarici İşlər Nazirliyi İranda terrorçuların sığınacaqlarına hücum edildiyini bildirib. İran mediasının məlumatına görə, Sistan və Bəlucistan ostanının Pakistanla sərhədində yerləşən Seravanın bir neçə bölgəsində partlayışlar baş verib.

 

Xatırladaq ki, İran yanvarın 16-da terrorçuluqla mübarizəni əsas gətirərək Pakistana raketlərlə hücum edib. Pakistan Xarici İşlər Nazirliyi İranın zərbəsini qanunsuz addım və suverenliyin pozulması adlandırıb, cavab veriləcəyini açıqlayıb və öz səfirini Tehrandan geri çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə