Modern.az

Pakistan hökumətinin rəhbəri İranla gərginliyə görə Davosu tərk etdi

Pakistan hökumətinin rəhbəri İranla gərginliyə görə Davosu tərk etdi

18 Yanvar 2024, 11:24

Pakistan müvəqqəti hökumətinin Baş naziri Ənvar-ul-Haq Kakar Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yarımçıq qoyaraq İslamabada qayıdır.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü mətbuat brifinqində məlumat verib.

 

Onun sözlərinə görə, İranla yaranmış gərginliyə görə Baş nazir Davos səfərini yarımçıq qoymaq qərarına gəlib.

 

XİN sözçüsü əlavə edib ki, Pakistan XİN rəhbəri Cəlil Abbas Cilani də Qoşulmama Hərəkatının Uqandada keçirilən sammiti ilə bağlı səfərini yarımçıq qoyaraq qayıdıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə