Fransa Ukrayna üçün 78 "Sezar" özüyeriyən artilleriya qurğusu istehsal edəcək.
Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastian Lekornu açıqlayıb.
"Le Parisien"ə müsahibəsində o, Fransanın müharibə iqtisadiyyatı rejimi tətbiq etdiyini qeyd edərək, Ukraynanın özünün resurslarının bir hissəsini silahlara yatırmağa hazır olduğunu bildirib.
"Onlar təşəbbüsə başlamaq üçün sadəcə öz vəsaitləri ilə 6 ədəd aldılar", - nazir vurğulayıb.
"Sezar" özüyeriyən artilleriya qurğusu 155 mm çapa malikdir və dəqiqədə təxminən 6 mərmi atarkən 42 km-ə qədər məsafədə atəş açmaq qabiliyyətinə malikdir. Təmasda olmayan detonatorlar havada mərmi partlatmağa imkan verir. Yolda 80 km/saata, yolsuzluqda isə 50 km/saata qədər sürətlə hərəkət edə bilir.