Modern.az

Türkiyə Pakistanla İran arasında vasitəçilik təklif etdi

Türkiyə Pakistanla İran arasında vasitəçilik təklif etdi

18 Yanvar 2024, 14:00

Rəsmi Ankara Pakistanla İran arasında vasitəçilik təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, Türkiyə Tehran və İslamabad arasında yaranan gərginlikdən narahatdır: “Problemin BMT prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü və suverenliyi əsasında həllinin vacib olduğuna inanırıq. Məsələnin regional təhlükəsizlik və sabitliyə daha çox təhdid yaratmadan, dialoq və əməkdaşlıq əsasında həllini arzulayırıq”, - bəyanatda bildirilib.

 

Rəsmi Ankara tərəfləri dialoqa çağırıb: “Türkiyə təcrübəsini bölüşməyə və prosesə töhfə verməyə hazırdır”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Pakistanda yerləşən “Ceyş əl-Adl” qruplaşmasına zərbələr endirib. Yanvarın 17-də Pakistan buna cavab olaraq İran ərazisinə zərbələr endirib. Nəticədə 9 nəfər həlak olub. Pakistan Silahlı Qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə