"Ölkənin iqtisadi inkişafında əsas amil Avropa İttifaqına üzvlük deyil, hakimiyyətin siyasətidir".
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Kobaxidze iddia edib:
“2003-cü ildə Aİ-yə daxil olan ölkələrə nəzər salsaq görərik ki, Dünya Bankının məlumatına görə, 2003-2023-cü illərdə Litva, Latviya və Estoniyanın nominal iqtisadiyyatları 4 dəfə, Polşa, Çexiya və Slovakiyanın nominal iqtisadiyyatları 3 dəfə artıb. Sloveniya və Macarıstanda isə 2 dəfə, lakin maraqlıdır ki, həmin illərdə Gürcüstan iqtisadiyyatı 7,5 dəfə artıb.
"Bundan başqa, BVF-nin məlumatına görə, 2012-ci illə müqayisədə 2023-cü ildə Gürcüstan iqtisadi göstəricilərə görə 30-dan çox ölkəni keçərək 110-cu yerdən 79-cu yerə yüksəlib".