Modern.az

Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına hazırdır

Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına hazırdır

Dünya

30 Yanvar 2024, 10:54

Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan yerli KİV-ə müsahibəsində deyib.

 

Kostanyan Türkiyənin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında konstruktiv rol oynadığını bildirib.

 

"Ermənistan və Türkiyə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi, xüsusən üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportlara malik şəxslər üçün sərhədlərin açılması həm Ermənistan-Türkiyə münasibətlərinə, həm də Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərə bilər", - o deyib.

 

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akar Ermənistanı sülh prosesini daha da ləngitməməyə çağırıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə