Bosfor boğazında “Kevalay Queen” adlı 147 metr uzunluğunda sərnişin gəmisi ilə 103 metr uzunluğunda “Captain Adam 1” adlı ümumi yük gəmisi toqquşub.
Modern.az TRT-yə istinadən xəbər verir ki, xilasedici qayıq hadisə yerinə yönəldilib.
Qəzada hər iki gəmiyə ziyan dəyib, yoxlamalar zamanı ətraf mühitin çirklənməsi aşkar edilməyib.
Gəmilər Ahırkapı bölgəsində lövbər salıb.