Modern.az

Ukrayna üçün daha 6 ədəd F-16 

Ukrayna üçün daha 6 ədəd F-16 

5 Fevral 2024, 18:51

Niderland Ukraynaya əlavə 6 ədəd F-16 qırıcısı verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Kajsa Ollongren "X" hesabında yazıb.

 

O qeyd edib ki, Ukraynaya vəd edilən F-16-ların sayı 24-ə çatacaq.

 

"Ukraynanın hava üstünlüyü Rusiyanın təcavüzünə qarşı durmaq üçün vacibdir", - nazir bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə