Modern.az

ABŞ Senatı Ukrayna və İsrailə yardıma \"HƏ\" dedi

ABŞ Senatı Ukrayna və İsrailə yardıma \

13 Fevral 2024, 15:50

ABŞ Senatı İsrail, Ukrayna və Tayvana hərbi yardım göstərilməsi barədə qanun layihəsini qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

 

95 milyard dollarlıq yardım layihəsinin lehinə 70 senator, əleyhinə 29 senator səs verib. Qanun layihəsi çərçivəsində Ukraynaya 60 milyard dollardan çox vəsait ayrılması nəzərdə tutulib.

 

Sənəd bundan sonra Nümayəndələr Palatasına göndəriləcək. Respublikaçıların nəzarətində olan palatanın bir çox üzvü layihəni dəstəkləməyəcəyini bəyan edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə