Modern.az

NATO ölkələri müdafiə xərclərini ARTIRIR

NATO ölkələri müdafiə xərclərini ARTIRIR

14 Fevral 2024, 07:48

Şimali Atlantika alyansının 18 üzvü müdafiə xərclərini cari ildə ÜDM-in 2 faizi hədəfinə çatacağını və ya onu keçəcəyini elan edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” NATO-dakı mənbələrə istinadla məlumat yayıb.

 

“NATO müttəfiqlərinin təxminən üçdə ikisinin 2024-cü ildə 2 faizlik hədəfə çatacağını gözləyir”, - mənbə bildirib.

 

Avropalı diplomatların fikrincə, NATO ölkələrinin müdafiə xərclərinin artırılması Donald Trampın Ağ Evə qayıtmasının mümkün mənfi nəticələrini məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş strategiyanın elementlərindən biridir.

 

Qeyd edək ki, 2016-cı ildə alyansın yalnız beş üzvü ÜDM-in 2 faizdən çoxunu müdafiə ehtiyaclarına ayırıb. 2022-ci ilin sonunda bu ölkələr 7 idisə, ötən ildə bu rəqəm 11-ə çatıb

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...