Modern.az

Baydenin köməkçisi istefa verdi

Baydenin köməkçisi istefa verdi

Dünya

14 Fevral 2024, 07:56

ABŞ Prezidenti Co Baydenin xüsusi köməkçisi və Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Qərb məsələləri üzrə baş direktoru Xuan Qonzales vəzifəsini tərk edir.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" adı açıqlanmayan Milli Təhlükəsizlik Şurasının rəsmisinə istinadən məlumat yayıb.

 

Qonzales postunu martın ortalarında tərk edəcək.

 

Bildirilib ki, o, getməyi bir neçə aydır ki, planlaşdırırdı.

 

Onun işdən çıxma səbəbi açıqlanmır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə