Modern.az

Pentaqon rəhbəri vəzifəsinin icrasına BAŞLADI

Pentaqon rəhbəri vəzifəsinin icrasına BAŞLADI

Dünya

14 Fevral 2024, 08:06

ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

 

“O sağalır və vəzifəsinin icrasına başlayıb”, - bəyanatda bildirilir.

 

Bir müddət öncə Lloyd Ostinin sidik kisəsində yaranmış problemlə bağlı xəstəxanada müalicə olunmuşdu.

 

O, vəzifələrini icrasını müvəqqəti olaraq müavini Ketlin Hiksə həvalə edib. Pentaqon rəhbəri sonuncu dəfə yanvarın 1-də prostat xərçəngi ilə bağlı əməliyyatdan sonra yaranan infeksiyaya görə xəstəxanaya yerləşdirilmişdi.

 

Qeyd edək ki, 70 yaşlı Lloyd Ostin 2021-ci ilin yanvarından Pentaqona rəhbərlik edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə