Navaz Şərifin rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası və keçmiş xarici işlər naziri Bilaval Bhutto Zərdari və eks-prezident Asif Əli Zərdarinin liderlik etdiyi Pakistan Xalq Partiyası koalisiya hökuməti yaratmaq qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
“Biz ölkəni böhrandan çıxarmaq üçün koalisiya hökuməti qurmaq qərarına gəldik”, - telekanal Asif Əli Zərdarinin bəyanatından sitat gətirib.
Seçki komissiyasının məlumatına görə, fevralın 8-də keçirilən seçkilərdən “Pakistan Ədalət Hərəkatı” 264 yerlik parlamentdə 101 yer qazanıb. Lakin heç bir partiya hökuməti qurmaq üçün lazım olan 135 yerə sahib ola bilməyib. Şərifin partiyası isə seçkidə 75 yer qazanaraq ikinci olub.