Modern.az

Şimali Koreya bir neçə qanadlı raket buraxdı

Şimali Koreya bir neçə qanadlı raket buraxdı

Dünya

14 Fevral 2024, 08:54

Şimali Koreya şərq sahillərindən Yapon dənizinə bir neçə qanadlı raket buraxıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.

 

Raket buraxılışı saat 09:00 (Bakı vaxtı ilə saat 04:00) radələrində baş verib. Onların sayı dəqiqləşdirilməyib.

 

Cənubi Koreya tərəfi ayıq-sayıqlığı gücləndirdiyini və ABŞ-la əməkdaşlıq çərçivəsində Pxenyanın hərəkətlərinə nəzarət etdiyini qeyd edib.

 

Agentlik əlavə edib ki, bu, Şimali Koreyanın ilin əvvəlindən bəri beşinci qanadlı raket buraxılışıdır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə