Modern.az

Sırskidən Avdeyevka və Kupyansk ilə bağlı qərar

Sırskidən Avdeyevka və Kupyansk ilə bağlı qərar

Dünya

14 Fevral 2024, 13:40

Donetsk vilayətinin Avdeyevka və Xarkov vilayətinin Kupyansk şəhərlərinin müdafiəsi üçün ehtiyat qüvvələr gətiriləcək. Qoşunlar və qüvvələr də düşmənin irəliləyişinin qarşısını almaq üçün bu istiqamətlərdə yenidən qruplaşdırılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski sosial şəbəkə səhifələrində məlumat verib.

 

Müvafiq qərar yeni Baş komandanın və müdafiə naziri Rustem Umerovun Avdeyevka və Kupyansk istiqamətlərinə səfərindən sonra qəbul olunub.

 

Sırski qeyd edib ki, Rusiya ordusunun hücum potensialını azaltmaq üçün Ukrayna qoşunlarının yenidən qruplaşdırılması həyata keçiriləcək və ehtiyatlar gətiriləcək. O, görülən işlərin nəticələrinə əsasən, bu istiqamətlərə ehtiyatların, döyüş sistemlərinin cəlb edilməsi, atəş dəstəyi və qoşunların, qüvvələrin yenidən qruplaşdırılması, eləcə də düşmənin hücum potensialının azaldılması üçün qüvvələrin lokallaşdırılması üzrə operativ qərarlar qəbul edib.

 

Aleksandr Sırski komandirlərlə bölmələrin döyüş təminatı məsələlərini də müzakirə edib.

 

“Döyüş meydanında vəziyyətin sürətlə dəyişməsini nəzərə alaraq, şəxsi heyətin həyatını qorumaq üçün müstəqil olaraq müvafiq təcili qərarlar qəbul etmək səlahiyyətini komandirlərə həvalə etdim”, - deyə o əlavə edib.

 

Baş komandan qeyd edib ki, Rusiya ordusu Avdeyevka və Kupyansk istiqamətində güclərini və səylərini artırır. Təkcə Avdeyevka istiqamətində son 24 saat ərzində ukraynalı müdafiəçilər rus ordusunun 29 hücumunu dəf ediblər.

 

Xatırladaq ki, dünən prezident Volodimir Zelenski Sırski və Umerovun Avdeyevka, Kupyansk və Liman bölgələrində vəziyyəti yoxlamaq üçün cəbhə xəttinə getdiklərini açıqlamışdı.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə