Rusiya baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov hesab edir ki, Rusiya brendləri öz adlarında daha çox kiril əlifbasından istifadə etməlidirlər.
Modern.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya sənayesi buna çatmaq üçün kifayət qədər inkişaf edib:
"Hesab edirəm ki, yerli istehsalçıların yetkinlik səviyyəsi və öz ölkələrinə, ana dilinə olan sadə hörməti bu yanaşmanın dəyişəcəyinə ümid etməyə imkan verir".
O qeyd edib ki, Rusiyada qlobal rəqiblərdən daha yaxşı məhsul istehsal edən “artıq şirkətlərin bütöv qalaktikası” mövcuddur: "Bununla belə, brendlər hələ də latın əlifbası ilə yazılmış adlardan istifadə edərək əcnəbi kimi maskalanırlar".