Modern.az

Tokayev Qətər baş naziri ilə danışıqlar apardı

Tokayev Qətər baş naziri ilə danışıqlar apardı

14 Fevral 2024, 16:38

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qətər Dövlətinin Baş naziri - Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə danışıqlar aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.

 

Bildirilib ki, görüş Tokayevin Qətərə səfəri çərçivəsində baş tutub. O, qonaqpərvərliyə görə Qətərin Baş nazirinə minnətdarlığını bildirib.

 

Tokayev Qazaxıstan və Qətər arasında əlaqələrin səviyyəsini yüksək qiymətləndirdiyini qeyd edərək, bu gün əldə olunan razılaşmaların tərəfdaşlığı yeni səviyyəyə qaldıracağına əminliyini ifadə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...