Bu gün həbsdə müəmmalı şəraitdə vəfat edən rusiyalı siyasətçi Aleksey Navalnının 2 gün əvvəl - 14 fevraldakı "Sevgililər Günü"ndə həyat yoldaşı Yuliya Navalnıya göndərdiyi təbrik sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.
Modern.az xəbər verir ki, təbrik Navalnının rəsmi X səhifəsində dərc olunmuşdu.
"Hər şey səninlə mahnıdakı kimidir: aramızda şəhərlər, aerodromların uçuş işıqları, mavi qar fırtınası və minlərlə kilometr var. Amma hiss edirəm ki, hər saniyə yaxınsan və səni daha çox sevirəm", - deyə qeyd olunub.
Xatırladaq ki, 1998-ci ilin yayında Türkiyədə tətildə olarkən Yuliya həmyaşıdı olan hüquqşünas Aleksey Navalnı ilə tanış olub. 2000-ci ildə onlar evləniblər. Cütlüyün iki uşağı - qızı Daria (2001) və oğlu Zaxar (2008) olub.
Крошка, у нас с тобой все как в песне: между нами города, взлетные огни аэродромов, синие метели и тысячи километров. Но я чувствую, что ты рядом каждую секунду, и я люблю тебя все сильнее ❤️ pic.twitter.com/gnnTf7RYrR
— Alexey Navalny (@navalny) February 14, 2024